Türkiyədə “STAR”a Azərbaycan nefti ilə start verilir (VİDEO)

Türkiyədə “STAR”a Azərbaycan nefti ilə start verilir (VİDEO)
“STAR” neft emalı zavodunda işlər 99,3 faiz yekunlaşıb

Azərbaycanın Türkiyədəki ən böyük investisiya layihələrindən birində işə məhz Azərbaycan nefti ilə başlanacaq. 

Test mərhələsində məhz Azərilight markalı neftin işlənməsi rəmzi məna daşıyır. 

Starın işə düşməsi ilə Türkiyə yanacaq sektorunda strateji məhsulların idxalını VƏ ölkə neft-kimyA sahəsində də xaricdən asılılığı azaldacaq. 

STAR neft emalı zavodunda işlərin 99,3 faizi yekunlAşıb.Zavod İzmirin sənaye bölgəsində 281 hektar ərazini əhatə edir.Burda ildə 5 milyon tona yaxın dizel yanacağı, 2 milyon tona yaxın təyyarə yanacağı, 0,3 milyon ton lpg, 1,6 milyon ton nafta, kükürd və s emal olunacaq.

STAR işə düşdükdən sonra bu məhsullar üzrə Türkiyənin idxal payı 70 faizə qədər azalacaq.

Ölkə STAR-la birlikdə təqribən 40 milyon ton emal gücünə malik olacaq. Hər il 10 milyon ton xam neft işləyəcək zavod Türkiyənin neft emalı sahəsinin 25 faizini əhatə edəcək. 

Test mərhələsi başa çatdıqdan sonra sentyabrın sonu, oktyabrın əvvəllərində zavodun açılışı baş tutacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə