X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır (VIDEO)

X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır (VIDEO)
Festivalın proqramı açıqlanıb

Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il öz 10 illik yubileyini qeyd edir. Heydər Əliyev Fondu və Gilan Holding tərəfindən təşkil edilən festival 30 iyul - 7 avqust tarixlərində Qəbələ şəhərində keçiriləcək.

Festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixində baş tutacaq. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edəcək.

Festivalda Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edəcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə