Avropa Komissiyası TANAP-a 5 milyon avro məbləğində qrant ayırıb - VİDEO

Avropa Komissiyası TANAP-a 5 milyon avro məbləğində qrant ayırıb - VİDEO

Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb.

Bu barədə REAL-a TANAP-ın Avropa Birliyi ilə əlaqələr meneceri Pərviz Babayev verib.

O, bildirib ki, qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində təmin edilib. Avropa İttifaqına üzv ölkələr bir sıra layihələrə 48,4 milyon avro dəyərində investisiya qoymağı qərara alıb. TANAP-da bu layihələr içərisində yer alan iki qaz layihəsindən biridir.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə