Mir Şahinin vaxtı (VİDEO, 29.07.2018)

Mir Şahinin vaxtı (VİDEO, 29.07.2018)

Əslində bu gün cümlə Azərbaycanda xəbər də, mübtəda da Ermənistanın keçmiş prezidenti, Dağlıq Qarabağ qiyamı və qiyamçılığının simvolu, Azərbaycan torpaqlarının işğalında əsas fiqurant olan Robert Koçaryanın həbsi, onun silahdaşı Kollektiv Təhlükəsizlik müqaviləsinin Baş katibi Yuri Xaçaturova ittiham irəli sürülməsi olmalıydı. Biz yəqin ki, bu gün bu saat və elə burda Ermənistanda gedən özünü gəmirmədən danışmalı,  postsarqsyan proseslərinin ardını proqnozlaşdırmalıydıq. Hətta Koçaryanın Ermənistan hakimiyyətini zəbt etməsi fonunda başlanmış cinayət işinə onun Qarabağda qeyri-qanuni silahlı birləşmələr təşkil edərək separatçı qurum yaratmasını əlavə etməli, bəlkə bir az da irəli gedərək  Avropa Şurası Parlament Assamleyasının bir cinayətkara, caniyə, qatilə necə xeyir-dua verməsinin və uzun müddət ona hamilik etməsinin izinə düşməliydik.

Amma təəssüf... Heç iyulun terror silsiləsini də sonadək araşdırmağa çoxumuzda hövsələ və daha çoxumuzda peşəkarlıq çatmadı. Sosial şəbəkələrdə asanlıqla süni gündəm yaradan populistlərin təhrikiylə təkrəqəmli xəbəriklərlə baş aldatdıq. Sanki dünən bir dəqiqədə işığı söndürülən ölkə biz deyilik. Ortada o boyda zülmət meyidi yerdən götürülməmiş qalır. Sanki Gəncə boyda bir rayonun rəhbərinə qarşı terror aktı həyata keçirilməyib. Sosial şəbəkələrdə hansısa ayağı sürüşkən xəbər bizi yoldan çıxarır. Şəbəkədən əmələ gəlmiş əldə qayırmanın biri Azərbaycana görün kimi misal çəkir? Hələ öz postuna təzə-təzə isnişən və İlham Əliyevin telefon nömrəsini bir jurnalistdən istəyəcək qədər guya sadəlövh, amma əslində 100 ilin Qardaşyanı “kimdir? Bakirə!” təsəvvürü yaradanın birini misal çəkir. Gözümüzə soxur ki, Nikol övladını Qarabağa əskər göndərib. Özü də bundan danışmır ki, Paşinyan övladını Qarabağa hərbi xidmətə göndərməklə özü kimi oğlunu da cinayətə şərik edib, onu başqa bir ölkənin torpaqlarının işğal prosesinə qatıb. 

Deməli, ata öz oğlunu cinayətə qıyıb. Şəbəkədən əmələ gəlmiş mutant bundan danışmır. Baxmayaraq ki, Paşinyan övladını terrorçu təfəkkürü ilə Qarabağa məhz girov qismində göndərdiyini etiraf edir: “Mən oğlumu Qarabağa ona görə göndərmişəm ki, müharibə olmasın!” Təsəvvür edirsiniz? Əvvəla Paşinyanın oğlu doğrudan, ya yalandan Qarabağdadır, onu görən olubmu, olubsa harda? - kimi suallar açıqdır. Amma hesab edək ki, Nikol Paşinyan doğrudan belə bir addım atıb. Atıbsa  onda öz oğlunu siyasətinə girov götürüb və balasının gicgahına Azərbaycan silahını öz əliylə dirəyib... Guya müharibə olmasın deyə! Baxmayaraq ki, müharibənin olmaması üçün ən yaxşı və təhlükəsiz yolu Azərbaycan dəfələrlə göstərib. Ölmək istəmirsənsə, rədd ol öz torpağına. Qarabağda nə ölümün var? 
Ermənistanın yeni rəhbəri vətəni qorumaq kimi hissdən çox uzaq olması ilə də heyrətamizdir. Yalnız belə bir adam rəhbər kimi üzərinə düşən məsuliyyətin dərəcəsini anlamadığını açıq nümayiş etdirə bilər. Paşinyan düşündüyünü deyir: “Bu çox yaxşıdır ki, biz Ermənistan-Türkiyə və Ermənistan-iran sərhədlərini qorumaq öhdəliyindən azadıq. Ona görə ki, bu uzun dövlət sərhəddinin müdafiəsini öz üzərimizə götürmək çox böyük yük olardı.”

Təsəvvür edirsiniz? Siz mənə ikinci belə bir dövlət başçısı göstərə bilərsinizmi ona tapşırılmış dövləti, etibar edilmiş vətəni müdafiə etmək kimi şərəfli məsuliyyəti ağır yük hesab etsin və sevinsin ki, o yükü başqa bir ölkə daşıyır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə