ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib - VİDEO

ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib - VİDEO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə mərasim keçirildi. Mərasimdə anamanın avadanlıqlarının və fəaliyyətini əks etdirən sərgi təşkil olundu. Burada qurumun istifadəsində olan ən müasir texnikalar da sərgilənirdi. 

Tədbirdə ilk çıxış edən anamanın direktoru Qəzənfər Əhmədov qurumun 20 illik fəaliyyəti ilə bağlı hesabat verdi. O bildirdi ki, Agentliyin 20 illik fəaliyyəti ərzində 53 min hektara yaxın ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Prezident İlham Əliyevin təbrikini çatdıran Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirdi. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ANAMAnın təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak etdiyini bildirdi. Yubiley mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, əmsil etdiyi təşkilat ANAMA ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Daha sonra İordaniya Şahzadəsi Mired Raad Al-Hüsseyin çıxış edib. O çıxışında ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirdi. Sonra ANAMA-nın 20 illik fəaliyyətini əks etdirən yeni film də nümayiş etdirildi.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə