Bizə dəniz verin - VİDEO

Bizə dəniz verin - VİDEO
Dəniz sahilini hasarlayanlarla bağlı DİN-ə müraciət edildi

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin zəbt edilməsi faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bunu REAL-a müsahibəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinni Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev deyib. 

Agentlik direktorunun sözlərinə görə, Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə  zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib,  23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib. 

Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində  torpaqların tökülərək ərazinin qanunsuz olaraq genişləndirilməsi halları da aşkar edilib. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.
 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə