Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var - VİDEO

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var - VİDEO

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

REAL-ın məlumatına görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

“Nissan X trail” markalı minik maşını ilə “Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində minik maşının sürücüsü hadisə yerində ölüb.

İlkin məlumata görə, “Nissan” markalı avtomobil ötmə əməliyyatı zamanı avtobusa çırpılıb.

Avtobusla minik maşının toqquşması nəticəsində xəsarət alanlardan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına,  2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə