Fransa dünya çempionudur (FOTO)

Fransa dünya çempionudur (FOTO)
Fransa 4:2 Xorvatiya

Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulub.

32 gün davam edən mundial final matçı ilə başa çatıb.
 
Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gəlib. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə aparıblar.

Azarkeşlərin 6 qola şahidlik etdiyi final matçı olduqca maraqlı mübarizəyə səhnə olub.
 
İlk hissəni qapıya cəmi 1 zərbə vura bilən Fransa 2:1 hesabı ilə öndə bitirib.

İkinci hissədə isə əks hücumlarda diqqətli olan Deşamın komandası daha iki qol vuraraq fərqi artırıb.
 
Llorisin səhvindən yararlanan Mancukiç fərqi azaltsa da, bu, təsəllidən başqa bir işə yaramayıb. Fransa 4:2 Xorvatiya.
 
Fransa tarixində ikinci dəfə dünya çempionu olub!

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə