REAL TV enerji fasiləsinə səbəb olan yanğının baş verdiyi rayonda (VİDEO, YENİLƏNİB)

REAL TV enerji fasiləsinə səbəb olan yanğının baş verdiyi rayonda (VİDEO, YENİLƏNİB)
Hadisə ilə bağlı son məlumatlar

Ölkə ərazisinin bir hissəsində elektrik enerjisi verilişində fasiləyə səbəb olan Ağsunun Bico kəndi ərazisində baş verən yanğının 90-95 faiz qarşısı alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 helikopter və 1 təyyarə göndərilib.

Yanğının Şamaxı ərazisindəki meşələrə keçməsinin qarşısı alınır.

 


***18:20

“Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”, - bunu virtualaz.org-a eksklüziv müsahibəsində “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, Mingəıçevir İEM-də heç bir problem yoxdur.

 


***17:09

Artıq ölkədə elektrik enerjisinin verilişində yaranmış fasilə aradan qaldırılıb.

 


***16:50

Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu barədə REAL-a "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində zəmilərdə naməlum səbəbdən yanğın baş verməsi nəticəsində təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Yəhya Babanlı bildirib ki, təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləməyib.

“Lakin saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. Hazırda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Bakı Metropolitenində heç bir problem yoxdur”

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə