AAK: Dövləti çökdürmək istəyən xain qüvvələr marionet kimi istifadə olunur

AAK: Dövləti çökdürmək istəyən xain qüvvələr marionet kimi istifadə olunur

Avropa Azərbaycanlılar Konqresi iyulun 10-da radikal elementlərdən ibarət bir neçə qrupun Gəncənin mərkəzində bir müddət əvvəl şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya keçirərək ölkədə sabitliyi pozmaq cəhdləri və hadisələr zamanı xidməti vəzifələrini yerinə yetirərkən iki yüksək rütbəli zabitlərimizin şəhid olmasını kəskin şəkildə pisləyir və baş vermiş hadisələrdən olduqca narahat oldugunu bəyan edib. 

Bu barədə REAL-a Avropa Azərbaycanlılar Konqresindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Azərbaycanda höküm sürən sabitliyi, iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin göstərişi ilə ölkəmizdə törədilən terror hadisələrin qarşısını almaq üçün xalqımız heç bir təxribata uymayaraq təmkinli olmalı və dövlətimizin sabitliyi naminə bu cür ünsurlərlə birgə mübarizə aparmalıdır.

Azərbaycan dövlətini çökdürmək istəyən xain qüvvələr bu gun marionet kimi istifadə olunurlar. Onlar dövlətçiliyimizə qarşı çıxaraq öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdə dövlət əleyhinə çağrışlar edərək dövlət çevrilişi etməyə cəhd edir, ölkədə ixtişaşlar törətməyə çalışırlar. Heç təsadüfi deyildi ki, bu hadisələr zamanı Avropada məskunlaşmış bir sira radikal müxalifət də bu hadiselere dəstək numayiş etdirirler. Dinc əhalini küçələrə çıxarıb iğtişaşlar törədərək qardaş qırğınına nail olmaq istəyirler. Bütün bunlara baxmayaraq radikal separatçıların ümidləri boşa çıxacaq.

Avropa Azərbaycanlıları Konqresi olaraq Azərbaycanda hökm sürən sabitliyi, iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin göstərişi ilə ölkəmizdə törədilən terror hadisələrin qarşısını almaq üçün xalqımızdan heç bir təxribata uymayaraq təmkinli olmalarını və dövlətimizin sabitliyi naminə bu cür ünsurlərlə birgə mübarizə aparmağı xahiş edirik.

İnanırıq ki, hüquq-mühafizə orqanlarımız tezliklə bu hadisıləri törədən, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışan fanatik dini təxribatçıların layiqli cəzalarını verəcəkler. Avropa Azərbaycanlıları Kongresi dövlətimizin, dövlətçiliyimizin və Azərbaycan prezidentinin yanında və arxasındadır!

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə