Türkiyədə qırmızı siyahı üzrə axtarışda olan daha bir PKK terrorçusu məhv edildi

Türkiyədə qırmızı siyahı üzrə axtarışda olan daha bir PKK terrorçusu məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Bitlis bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən 10 terrorçudan biri PKK-ın ən fəal üzvlərindən olan Səfər Açardır. O, qırmızı siyahı üzə axtarışda olan terrorçudur.

Səfər Açar 1998-ci ildə polis helikopterinin vurulmasında fəal iştirak edənlərdən biri olub. Həmin terror aktı zamanı 15 nəfər həlak olub.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri Osmaniyyə, Şırnak və Diyarbəkirdə PKK terrorçularının mövqelərinə zərbələr endirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, hava zərbələri zamanı 17 terrorçu zərərsizləşdirilib.

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə