Bakıda beynəlxalq konfrans (VİDEO)

Bakıda beynəlxalq konfrans (VİDEO)
250-ə yaxın alim və tədqiqatçı Azərbaycana gəldi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-2018) keçirilir.

Konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. Artıq ənənə halını almış bu konfrans Bakıda üçüncü dəfə təşkil olunur.

Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. İştirakçılar arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Braziliya, Meksika, Ukrayna, Serbiya, Fransa, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin görkəmli alimləri var.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə