Girovlardan 9 aydır xəbər yoxdur (VİDEO)

Girovlardan 9 aydır xəbər yoxdur (VİDEO)
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 4 il ötür

Bura Şuşa həbsxanasıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyevin 4 ildir saxlandığı həbsxana. Görüntülərdə Şahbaz və Dilqəm yoxdur. Amma 4 ildir onlar hər yerdədir. BMT tribunasında, ATƏT iclaslarında, Cenevrə Beynəlxalq Qırmızı Xaç Komitəsində, hər yerdə bircə öz doğma ailələrindən, övladlarının yanından başqa.

Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən 11 iyul 2014-cü ildə girov götürülüblər. Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülərkən onların yanında Həsən Həsənov da olub. Və o, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

Bu müddət ərzində Ermənistan tərəfindən azərbaycanlı girovlar üzərində "məhkəmə" təşkil edilib, D.Əsgərov "ömürlük", Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə