Nazir: Özəl pensiya fondları üçün təkliflər gözləyirik

Nazir: Özəl pensiya fondları üçün təkliflər gözləyirik
Sahil babayev özəl pensiya fondunun inkişafında maraqlı olduqlarını bildirib

"Azərbaycanda özəl pensiya fondlarının yaradılması bizim gündəliyimizdə olan məsələdir".
 
Bunu  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur: “Düşünürəm ki, bu məsələ kompleks məsələdir. Bu qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Bu məsələnin araşdırılması uzun müddət tələb edir”.
 
Nazir deyib ki, Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır: “Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir”.
 
Nazir qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə