XİN: Azərbaycanın uğurları bəzi xarici dairələri ciddi narahat edir

XİN: Azərbaycanın uğurları bəzi xarici dairələri ciddi narahat edir
Azərbaycan XİN Gəncədə polislərin qətlə yetirilməsini pisləyib

"Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir”.

REAL-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

H. Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə xəyanətdir: “Keçirdiyimiz hərbi parad Ermənistan və pis niyyətli xarici qüvvələri narahat edib. Bu hərəkətləri alqışlayan, dəstək verən başqa ölkələrdəki milli satqınlar xalqımız qarşında utanmalıdır. Bu cür hərəkətlərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Gənclərimizi ayıq-sayıq olmağa çağırırıq”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə