Azərbaycanda xalçaçılıq konfransı (VİDEO)

Azərbaycanda xalçaçılıq konfransı (VİDEO)
Konfransın məqsədi ölkədə xalçaçılığın təbliğidir

Bu gün “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi.

Azərxalça ASC və İqtisadiyyat nazirliyi tərəfindən təşkil edilən konfransda Konfrans çərçivəsində “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi də təşkil edildi.

Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirildi.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan diqqətdən danışaraq bu konfrans və sərinin də görülən içlərin tərkib hissəsi kimi qiymətləndirdi. 

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirdi ki, azərbaycan xalçası xaricdə çox maraqla qarşılanır. Artıq bu ilin sonunda Yaponiya ilə Azərbaycan xalça satışı üzrə müqavilə imzalayacaq. Artıq xalça nümunələri göndərilib və ilin sonunda müqavilə imzalanacaq.

Onun sözlərinə görə, artıq ölkədə xalçaçılıq inkişaf etdirilir və gələn ilin sonuna ölkədə fəaliyyət göstərən xalça sexlərinin sayı 30-a çatdırılacaq.

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə