Salyanda 13.1 km yol yenidən qurulur (VİDEO)

Salyanda 13.1 km yol yenidən qurulur (VİDEO)
13.1 km-lik yoldan 11 mindən çox insan mütəmadi istifadə edir

Salyanda 4 yaşayış məntəqəsini birləşdirən 13.1 km-lik Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolu təmir olunur. Yolun eni 10 metrə qədər genişləndirilib.

Yol boyu yol yatağı, yol əsası inşa edilib. Artıq yolun əksər hissəsində 2 qat olmaqla asfalt-beton örtüyü döşənir. 

Təmir işləri çərçivəsində suötürücü dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri tikilib. Təmir işlərinin sonunda 5 yerdə avtobus dayanacağı qoyulacaq, yol nişanları və məlumatverici lövhələrin quraşdırılacaq və üfüqü nişnlama xətlərinin çəkiləcək.

Yolun təmir olunub yenidən istifadəyə verilməsi 11 min əhalinin rahat gediş-gəlişini, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin edəcək. 

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə