Amerikalı ailənin müəmmalı qətli (VİDEO)

Amerikalı ailənin müəmmalı qətli (VİDEO)
Qətlə yetirilən ailə Azərbaycan xalçalarının təbliğatçısı olub

Gürcüstanda Azərbaycan xalçaçılığının təbliği ilə məşğul olan amerikalı ailə qətlə yetirilib.

Rayan və Laura Smit cütlüyünün, eləcə də onların 4 yaşlı oğlunun nəşi Duşeti bölgəsində bir neçə gün əvvəl aşkar edilib. Məlum olub ki, 7 ildir Marneuli rayonunda yaşayan ailə Xada dərəsinə istirahət üçün gedibmişlər. 

Gürcüstan Daxili İşlə Nazirliyinin Cinayət İşləri üzrə idarənin rəhbəri Mamuka Çelidze bildirib ki, ailə başçısı Rayn Smit və oğlu ov tüvəngindən öldürülüblər, Laura Smit isə qaçmağa cəhd edərkən dərəyə yıxılıb.

İstintaqa məlum olan ilkin versiyaya görə, onları qətlə yetirməkdə təqsirləndirilən Malxaz Kobauri onların istirahət etdiyi ərazidə çobanlıq edib.

İlkin məlumata görə, onlar arasında mübahisə yaranıb və nalayiq ifadələr işlədilib. Bu səbəbdən də Malxaz Kobauri Rayan Smitə və 4 yaşlı oğluna ov tüfəngindən atəş açıb.

Qaçmaq istəyən Laira Smit isə bu zaman dərəyə düşüb. Hazırda Malxaz Kobauri həbs olunub və o psixoloji ekspertizadan keçiriləcək. Çoban ilkinifadəsində cinayəti törətdiyini etiraf edib.

Gürcüstan parlamentinin Marneulidən seçilən deputatı Ruslan Hacıyevin REAL-a verdiyi məlumata görə, Smit ailəsinin yerli əhali ilə münasibəti yaxşı olub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə