6 ayda 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərilib

6 ayda 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzləri tərəfindən cari ilin ilk yarımilində 5,7 min nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4,5 min nəfərə stasionar, 1,2 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Hazırda ƏƏSMN-nin ölkənin bütün bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Reabilitasiya mərkəzlərində qeyd olunan insanların  sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası üçün onlar fizioterapevtik müalicə üsullarının geniş tətbiqi şəraitində kompleks tibbi və sosial, peşə reabilitasiyası  tədbirlərinə cəlb olunurlar. 

Həmçinin sağlamlıq imkanları məhdud uşaqların bərpası prosedurlarının tətbiqi ilə yanaşı, onlarla bağlı müəyyən tədris metodikaları da həyata keçirilir.

Yanvar-may aylarında 4,7 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilməklə, onlara ümumilikdə 12,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 700 əlil arabası verilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə