Ərdoğandan Azərbaycana böyük jest (VİDEO)

Ərdoğandan Azərbaycana böyük jest (VİDEO)
Türkiyə prezidenti: Naxçıvan sakinləri Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər

Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək

Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Naxçıvan sakinləri Türkiyə xəstəxanalarına müraciət edə bilərlər.

“Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirəcəyik. Bu sahədə daha bir önəmli addım olacaq. Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər. Bu məsələdə dəstək verəcəyimizi bildirdim. Türkiyə xəstəxanalarında öz xalqımıza edilən xidmətlər eynilə Naxçıvan sakinləri üçün ediləcək”, - deyə Ərdoğan bildirib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə