Nazirlikdən isti hava şəraiti ilə bağlı xəbərdarlıq

Nazirlikdən isti hava şəraiti ilə bağlı xəbərdarlıq
Sabahdan havanın temperaturu yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir: "Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik".

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə