Əliyev və Ərdoğandan Qarabağ açıqlaması (VİDEO, FOTO, YENİLƏNİB)

Əliyev və Ərdoğandan Qarabağ açıqlaması (VİDEO, FOTO, YENİLƏNİB)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək

“Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir”.
 
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 
 
 Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: “Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib: “Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək.

"Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub", - deyə Ərdoğan bildirib.


 


***16:07

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.


 


***14:56

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


***14:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib. 

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 


 

***12:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
 
Türkiyə prezidentini Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.
 
Bu, Rəcəb Tayyib Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə