Yaponiyada ölənlərin sayı 112 nəfərə çatdı

Yaponiyada ölənlərin sayı 112 nəfərə çatdı
Daşqınlar nəticəsində 79 nəfərin itkin düşdüyü bildirilir

Yaponiyada mövsümi yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 112-ə çatıb.

Təbii fəlakət nəticəsində 79 nəfər itkin düşüb. Vəziyətlə əlaqədar ölü sayının artacağı ehtimalları da yüksəkdir.

Daşqınlar, əsasən, Honsyu adasında irimiqyaslı dağıntılar törədib. Burada yüzlərlə evi, təsərrüfat sahələrini su basıb. 267 min evin elektrik enerjisi kəsilib. Səhiyyə nazirliyi 13 mindən çox evin susuz qaldığı bildirib.

Bir neçə yaşayış məntəqəsində sürüşmə qeydə alınıb.

Suların əsarətində qalan və sel təhlükəsi davam edən bölgələrdən 6 milyon insanın təxliyə olunması ilə bağlı əmr verilib.

Meteoroloji xidmət iyul ayında ölkə ərazisində müşahidə olunan yağıntıların rekord səviyyəyə çatdığını bildirib.

Yaponiyanın baş naziri Sindzo Abe vəziyyətlə əlaqədar 4 ölkəyə olan səfərini təxirə salıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə