Yanan meşə ilə bağlı son vəziyyət - VİDEO

Yanan meşə ilə bağlı son vəziyyət - VİDEO
“Səbəb tapılmalıdır ki, belə hallara son qoyulsun”

İyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın baş verib. Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub. Yanğının söndürülməsi prosesinə rəhbərlik edənlərdən biri – Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev REAL TV-yə müsahibə verib. O, hadisə zonasındakı son vəziyyətdən danışıb və bildirib ki, yanğın söndürülüb. Müxtəlif yerlərdə tüstülənmə müşahidə olunduğundan, ərazidə növbətçilik rejimi təqdim edilib və vəziyyətə tam nəzarət olunur. 

Firdovsi Əliyevin sözlərinə görə, yanğının söndürülməsinə bəzi amillər mane olub.

Yanğının səbəblərinə gəlincə, bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ekologiya və Təbii Sərvətlər nazirinin əmri ilə komissiya da yaradılıb: “Təbii ki, səbəb tapılmalıdır ki, belə hallara son qoyulsun

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə