AQTA kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında nəzarətə başladı - VİDEO

AQTA kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında nəzarətə başladı - VİDEO
Məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa, həmin məhsulun satışı dərhal dayandırılacaq

Bu gündən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin REAL-a verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq.

Onun sözlərinə görə, qaydalara əsasən gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa, həmin məhsulun satışı dərhal dayandırılacaq.

Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39  Qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə