Varan Uruqvayı “yedi” (FOTO)

Varan Uruqvayı “yedi” (FOTO)
Fransızlar yarımfinalda

Fransa yığması dünya çempionatının ilk yarımfinalçısı oldu. “Xoruzlar” ¼ finalda Uruqvay seçməsini məğlub etdi.

Görüşə fəal başlayan Didye Deşamın yetirmələri 40-cı dəqiqədə hesabı açdı. Rafael Varanın zərbəsindən sonra Muslera komandasını qoldan xilas edə bilmədi. İlk hissə elə bu hesabla yekunlaşdı.

Fasilədən sonra da hücumlarını davam etdirən fransızlar rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət etdilər. Musleranın kobud səhvi nəticəsində Antuan Qrizmanın adını tabloya yazdırdı. 2-0.

Bundan sonra tərəflərin fərqlənmək cəhdləri nəticə vermədi və Fransa seçməsi mundialın yarımfinalına vəsiqə qazandı.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə