Azərbaycandan Avropaya vizasız səfər (VİDEO)

Azərbaycandan Avropaya vizasız səfər (VİDEO)
Aİ səfiri REAL-a vizasız rejimin mümkünlüyü barədə danışıb

Avropa İttifaqı viza siyasətini dəyişir. Dəyişikliklər nəticəsində viza rüsumları artacaq. Lakin qiymətlərin artması Azərbaycana tətbiq olunmayacaq.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas REAL-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı viza məsələsini miqrasiya siyasətinin bir hissəsi kimi görür.

“Avropa Şurasından və Avropa Parlamenti tərəfindən viza islahatları  keçirmək üçün mandat aldıq. Təbii ki, bu isalahatlar dərhal baş verməyəcək. 2019 cu ilin axırında qüvvəyə minəcək. Həyata keçirəcəyimiz dəyişiliklər ilk növbədə viza əldə etmə prosedurunu şəfaf edəcək. Əsas məqsəd prosesi daha şəfaf və açıq etməkdir. Ola bilsin ki, viza rüsümları artdı. Ancaq qiymətlərin artması Azərbaycana tətbiq olunmayacaq. Çünki Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsi haqda sənəd imzalanıb. Razılaşmada qeyd olunur ki,  Azərbaycan vətəndaşları üçün Şengen Vizasının qiyməti 53 Avro təşkil edir”, - deyə səfir bildirib.

Kestutis Yankauskas onu da bildirib ki, Avropa İttifaqına aid olan ölkələrlə Azərbaycan arasında vizasız rejim qəbul oluna bilər.

“Azərbaycan Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrdən biridir. Əgər başqa ölkələr bu razılaşmanı əldə etməkdə uğurlu olubsa, nəyə görə Azərbaycan bunu bacarmasın. Avropa ölkələrinə vizasız rejimi əldə etmək üçün müəyyən prosedur var. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında imzalanan iki razılaşma var. Bu sənədlərdə əks olunanlar tam şəkildə yerinə yetiriləndən sonra Azərbaycan və Avropa arasında vızasız rejimin qəbul olunması haqda danışıqlara başlaya bilərik”, - deyə səfir qeyd edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə