Yenidən anomal istilər olacaq (VİDEO)

Yenidən anomal istilər olacaq (VİDEO)
İyul ayının ikinci və üçüncü ongünlüyündə anomal istilər gözlənilir

"İyul ayının 5-dən etibarən Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, iyulun 5-dən etibarən ölkə ərazisində havanın temperaturu günü-gündən aşağı enəcək: "Üç gün ərzində, yəni iyul ayının 8-dək arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək".

Bununla belə nazirlik rəsmisi Azərbaycanda yenidən anomal istilərin gözlənildiyini bildirib. Belə ki, iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində ölkədə yenidən anomal istilər gözlənilir.

Qurum rəsmisi qeyd edib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: 

"İyul ayının növbəti günlərində anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Ölkə ərazisinin enerji ilə təminatında müəyyən problemlər yaranıb.

Digər xəbərlər
Bugün
Dünən
17 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə