Meksika dalğası qabardı və çəkildi (FOTO)

Meksika dalğası qabardı və çəkildi (FOTO)
Sambaçiların Rusiyadakı sərgüzəştləri davam edir

Almaniya ilə oyunda qələbə qazanaraq iddiasını ortaya qoyan Meksika 1/8 finalda Braziliyaya uduzdu.

Oyuna daha yaxşı başlayan meksikalılar bir neçə epizodda fərqlənməyə yaxın olsalar da bundan yararlana bilmədilər. Əvəzində sambaçılar tədricən təşəbbüsə yiyələndilər.

Bunun məntiqli nəticəsi kimi 51-ci dəqiqədə hesab açıldı. Braziliyalıların lideri Neymar Oçoanın qoruduğu qapıya yol tapdı. Qoldan sonra da hücumlarını davam etdirən sarılar 88-ci dəqiqədə cütün taleyini həll etdilər.

Neymarın zərbəsindən sonra qapıçı Oçoaya toxunduğu top Firmino üçün qol ötürməsi oldu. Nəticədə 2-0 hesablı qələbə sayəsində Braziliya seçməsi ¼ finala vəsiqəni təmin etdi.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə