Mir Şahinin vaxtı (VİDEO, 01.07.2018)

Mir Şahinin vaxtı (VİDEO, 01.07.2018)

Cümhuriyyətimizin Ordusunun yarandığı gündən 100 il keçdi. Mətbuat və mediada bu hadisəyə həsr olunmuş əksər materiallarda fakt belə təqdim olunurdu: Ordumuzun 100 illiyi qeyd edildi. Qeyd edildi. Qeyd olundu. Söhbətə elə ondan başlayım ki, burada “qeyd etmək” sözü yerində deyil.

Ümumiyyətlə tarixi hadisəni ya bayram edərlər, ya da matəm. Qeyd etmək, bir dəftərə, bir kağızın qırağına, hətta əlin üstünə olur. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun 100 illiyini biz Qeyd yox,  Bayram Etdik. Ordu hərbi paradla Prezident İlham Əliyev başda olmaqla Müstəqil Dövlətimizin hökumət üzvlərinin dayandığı Tribunanın qarşısından keçdi. Azadlıq meydanından.

O da diqqətimi çəkdi ki, deyəsən bu dəfə bəzi aparıcılar, jurnalistlər, respondentlər bu meydana daha çox Baş Meydan deməyə çalışırdılar. Daha doğrusu sanki daha çox istəyirdilər ki, Baş Meydan desinlər. Amma bu meydanın adı var, əzizlərim: bilmirəm, Leninin adının meydan üzərindən götürülməsi və buranın rəsmən Azadlıq adlandırılması hansısa sərəncamla təsdiq edilib, ya yox, amma hər halda 30 ildir ki bu meydan Azadlıq Meydanıdır, sənədi yoxsa belə keçmiş tarixlə belə bir sənəd imzalanmalıdır və Parad da Baş Meydanda yox Azadlıq meydanında keçirildi.

Müstəqil Azərbaycan dövlətinın Ali Baş komandanı da Paradı məhz Azadlıq meydanında qəbul edirdi. Çünki belə bir möhtəşəm hadisəni sadəcə “qeyd etmək” sırf dil xətasıdırsa, Azadlıq meydanının Baş Meydana dəyişdirilməsi səhv etibarilə daha dərin və ciddidir. Amma nə redaktə, nə də məqsədli səhvlər 100 ilin Paradının şəstini və şərəfini azaldır. Bu parad yalnız möhtəşəm bir mənzərə deyildi. Əlbəttə, bir vətəndaş, bir xalq olaraq Tribuna önündən keçən nizamlı ordu birləşmələrinə, quru, su, hava texnikasına məğrurluqla baxdıq, ilk növbədə dövlətin azadlıq və müstəqilliyin sayəsində əldə etdiyi uğurlara birgə sevindik. Bu doğrudan əsrarəngiz idi, möhtəşəm idi. Bu inanılmaz bir Azərbaycan idi...

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə