Argentina milli komandasının baş məşqçisi qovuldu

Argentina milli komandasının baş məşqçisi qovuldu
Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

"360 Sources" nəşri yazır ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Digər xəbərlər
Bugün
Dünən
17 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə