Anomal havanın yaratdığı anormallıq (VİDEO)

Anomal havanın yaratdığı anormallıq (VİDEO)
Fəhlələr gündə işləyir, fontanlar kölgədə

Son günlər müşahidə olunan istilər iqlim normasından yuxarıdır. Anomal istilərlə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeoroloji proqnozlar bürosu əhaliyə xəbərdarlıq da edib.

Elə hava şəraiti ilə bağlı Müdafiə Nazirliyi də xüsusi rejimə keçib. Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti DƏ işəgötürənlərə müraciət edib. Müraciətdə deyilir ki, havanın temperaturu +41 dərəcədən yuxarı olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Amma paytaxda inşa olunan yeni tikililərdə apardığımız müşahidələr zamanı əmək məcəlləsinin kobud şəkildə pozulması faktlari ilə qarşılaşdıq. Fəhlələr adi günlərdə olduğu kimi iş başında idilər. Çəkiliş apardığımızı görən şirkət nümayəndəsi bunu fəhlələrin binanın damında iş görməməsi ilə izah etdi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə