Almaniyanın acı “Son”u (FOTO)

Almaniyanın acı “Son”u (FOTO)
İsveç 3-ün asan qələbə

Almaniya yığmasının dünya çempionatındakı yolunu Cənubi Koreya kəsdi. Hərçənd ki, bu görüşdə almanların asan qələbə qazanacağı gözlənilirdi. 90 dəqiqə ərzində Hyun Çonun qoruduğu qapıya yol tapa bilməyən Lövün yetirmələri sonda məğlubiyyətlə barışmalı oldu.

Matça əlavə olunmuş dəqiqələrdə Kim Yonq Qvon almanların közərən ümidlərinin üstünə su tökdü. Matçda son nöqtəni isə elə Son qoydu. Qol vurmaq ümidilə qapısını tərk etmiş Noyer də 2-ci qolu meydanın rəqibə aid olan hissəsindən izlədi.

Bu qrupun digər matçında İsveç Meksikanı böyük hesabla məğlub etdi. 50-ci dəqiqədə Lyudviq Auqustinson şimali amerikalıları cəzalandırdı. 12 dəqiqə sonra Andreas Qrankvist komandasının üstünlüyünü 2 topa çatdırdı.

Edson Velaskesin avtoqolu isə qarşılaşmanını yekun nəticəsini müəyyənləşdirdi. İsveç 3 Meksika 0. Bu nəticələrdən sonra İsveç və Meksika mundialda mübarizəni davam etdirir. Cənubi Koreya və qrup sonuncusu Almaniya dünya çempionatını azarkeş qismində izləyəcək.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə