100 ilin generalı (VİDEO)

100 ilin generalı (VİDEO)
Tofiq Ağahüseynov Real TV-yə müsahibə verib

Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Nasist Almaniyasının SSRİ üzərinə hücum etdiyi 1941-ci ildə onun cəmi 18 yaşı vardı. Həmin ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alaraq Bakını tərk edir. Qısa zaman ərzində səsi 1-ci Belorus cəbhəsindən gəlir. Vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi, sonra Visla-Oder və Berlin əməliyyatlarının iştirakçısı olur. Müharibənin bu qalib əsgərinin qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur. Tofiq Ağahüseynov 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir, general-mayor, general-leytenant rütbəsi də ardıcıl olaarq bu illərdə alır. 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir.

1982-ci ildə ona daha böyük bir vəzifə həvalə edirlər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur. Bu təşkilat1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq idi və onun yaardılmasını NATO-nun yaradılmasına SSRİ-nin cavabı kimi dəyərləndirirdilər.

Müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal SSRİ-də, Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən sistem dəyişiklikləri səbəbindən 1991-ci Varşava Müqaviləsi Təşkilatı öz fəaliyyətini dayandırdı. Tofiq Ağahüseynov Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə 1997-ci ilin aprelində prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olundu. Bu zaman onun 74 yaşı var idi. Üstündən 21 il keçib. Tofiq müəllim hələ də gümrah, sağlam, sıralarımızdadır. inşallah, 100 yaşını özü ilə birlikdə qeyd edərik.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə