Xoruzlardan qol səsi çıxmadı - FOTO

Xoruzlardan qol səsi çıxmadı - FOTO
Peru mundial qapısını Avstraliyanın üzünə çırpdı

Dünya çempionluğuna iddialı Fransa yığması 1/8 finala qrup lideri kimi yüksəldi. Qrup mərhələsinin son turu Danimarka ilə qarşılaşmış xoruzlar 0-0 hesablı heç-heçəyə qane oldular.

Fransızlar ilk hissədə Olivye Juri və Dembele ilə qola yaxın olsalar da, danimarka millisinin qapıçısı Kasper Şmeyhel rəqibin fərqlənməsinə imkan verməyib. Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçib.

İki epizodda Kristian Eriksen diqqət mərkəzinə düşüb. Bütün cəhdlərə baxmayaraq tablodakı sıfırları dəyişmək mümkün olmayıb. Nəticədə qarşılaşma 0-0 hesabı ilə yekunlaşıb.

Bu qrupun digər görüşündə Peru və Avstraliya kollektivləri üz-üzə gəliblər. 18-ci dəqiqədə Andre Karilyo Peru komandasını hesabda önə çıxarıb. Birinci hissə elə bu hesabla yekunlaşıb. Fasilədən sonra hesaba tarazlıq gətirmək üçün irəli atılan avstraliyalılar qapılarında daha 1 qol görüblər. Paolo Gerrero matçda vurulmuş son qolun müəllifi olub. Peru 2 Avstraliya 0.

Bu nəticələrdən sonra Fransa seçməsi qrup lideri kimi pley-ofa yüksəlib. Xallarının sayını 5-ə çatdıran Danimarka ikinci yeri tutub. Peru və Avstraliya futbolçuları isə mundialı kənardan izləyəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə