Azərbaycanın paradda verdiyi mesaj - VİDEO

Azərbaycanın paradda verdiyi mesaj - VİDEO
İlqar Mikayıloğlu: Düşmən də çox gözəl başa düşür ki, bu, nə deməkdir

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bu gün keçirilən hərbi paradda bir sıra ölkələrin nümayəndələrinin iştirak etməsi bir mesajdır.

Bu sözləri REAL-a müsahibəsində hərb icmalçısı İlqar Mikayıloğlu deyib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin bugünkü paradda Azərbaycan əsgərləri ilə çiyin-çiyinə addımlamasını düşmən də çox gözəl başa düşür.

“Hərbi parad yalnız bir ölkənin Silahlı Qüvvələrinə aiddir. Lakin bu gün paradda Türkiyə hərbçiləri də iştirak etdi. Türkiyəni özümüzə o qədər yaxın bilirik ki, qardaş ölkənin əsgərləri bizim əsgərlərimizlə bir sırada addımlayır. Sərhədlərimiz ayrı da olsa bir yerdəyik. Düşmən də çox gözəl başa düşür ki, bu, nə deməkdir”, - deyə İlqar Mikayıloğlu bildirib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə