Ərəblər “kosmos”da - FOTO

Ərəblər “kosmos”da - FOTO
Salaha salem cavab verdi

3 oyuna 9 xal. Uruqvay millisi dünya çempionatının qrup mərhələsini maksimum xalla və qapısında qol görmədən başa vurub.

Son turda meydan sahibi Rusiya seçməsi ilə üz-üzə gəlmiş uruqvaylılar 3-0 hesabı ilə qələbə qazanıblar.

Əvvəlcə Luis Suarez rusları meydanın mərkəzinə dəvət edib. 23-cü dəqiqədə Denis Çerışevə dəyən top istiqamətini dəyişərək mtora daxil olub. 36-cı dəqiqədə meydan sahibləri sayca azlıqda qalıblar. 

Smolnikov ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçda son nöqtəni isə Edinson Kavani qoyub. 3-0. Bu nəticədən sonra Uruqvay qrup lideri kimi 1/8 finala yüksəlib. Rusiya seçməsi isə ikinci yerlə pley-offa yüksəlib. 

Ey qrupunun digər oyunu isə Kosmos arenada baş tutub. Misir və Səudiyyə Ərəbistanı yığmalarının görüşündə də qapılara 3 qol vurulub. 22-ci dəqiqədə Məhəmməd Salah komandasını hesabda irəli çıxarıb. 

41-ci dəqiqədə Səudiyyə Ərəbistanı seçməsi penalti vurmaq imkanı qazansa da Fəhəd Əl Hərbi bundan yararlana bilməyib. İlk hissənin sonlarıa yaxın yarımada təmsilçiləri daha bir 11 metrlik cərimə zərbəsi vurmaq şansı yaxalayıb.

Topa yaxınlaşan Salman Əl Fərəc hesaba tarazlıq gətirib. Bundan sonra təzyiqi artıran asiyalılar son dəqiqələrdə qələbə qolunu vurmağa müvəffəq olublar. Salem Davsari adını tabloya yazdırıb. Səudiyyə Ərəbistanı 2, Misir 1. Beləliklə hər iki kollektiv dünya çempionatında çıxışını başa vurub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə