Mir Şahinin vaxtı (VİDEO, 24.06.2017)

Mir Şahinin vaxtı (VİDEO, 24.06.2017)

İyunun 26-da Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən birini qeyd edəcək. Silahlı Qüvvələrimiz öz ad günündə meydana 100 ilin Ordusunu çıxaracaq. Bu doğrudan böyük gündür. Həmin gün Azərbaycanın bu hadisəni müşahidə edən, qeyd edən, dərk edən hər bir insanı əslində özünün də tarixi kəs olduğunu anlamalıdır. Millətin həkim günü də ola bilər, müəllim günü də, jurnalist günü də ola bilər, neftçi günü də, ümumiyyətlə hər gün kiminsə, nəyinsə, haranınsa günü ola bilər, amma təqvimin qırmızılı, ağlı bütün günlərinin Anası bu gündür.

Millətin, Dövlətin Güc günü. Qüdrət Günü. Bazis günü. Qalanı üstqurumdur. İyunun 26-sı Dövlət tərbiyəsi, Vətəndaş Tərbiyəsi görmüş hər kəsdən ötrü bayramdır. O gün Ana Vətən anlayışının dürüst qavrayış tarixidir. Bizə həmişə izah ediblər, özü də yəqin ki yanlış izah ediblər ki, vətəni əziz bilək deyə onu ana anladırırlar. Əslində isə Ana Vətən söz birləşməsi cəmi bir ananı tanımaqdır.  Vətəni. Qalan analar isə sadəcə olaraq bu ifadəni bir kompliment kimi qəbul etməlidirlər.

Bir sözlə, daha bir az vaxt keçəcək və Xalq öz ordusunun Paradını qəbul edəcək. Məndən olsa təklif edərdim ki, qoy hər kəs həmin gün birbaşa yayımda xalqın qarşısından keçən ordunun qarşısında ayaq üstdə dayansın. Evində, mənzilində, xəstəxanasında, hospitalında, harada ki, televizor var, orda. Bu əsrimizin Paradıdır. 100 ilin paradıdır. 100 ildə bir dəfə baxta və vaxta düşən hadisədir. Bu həftə Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun mətbuat konfransı oldu.

Bu təkcə bir nazirin jurnalistlərlə adi sual-cavab aktı deyildi. Müdafiə Naziri kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə xalqa hesabat verirdi.  Önümüzdəki əmin-arxayın, qətiyyətli, səmimi, qarşısına qoyulmuş vəzifə və onu yerinə yetirmək üçün tələb olunan iradənin balansını təqdim etmək iqtidarında olan Hərb Adamı idi.

Əslində nazirin mətbuat konfransı 100 ilin Paradının anonsu idi. Çünki biz onsuz da meydana çıxacaq hərbi qüdrətimizi, silahlı imkanlarımızı öz gözümüzlə görəcəyik. Şərhçilər ən xırda mühüm detail belə izah edəcəklər. Amma Nazir diqqətimizi məhz o mətləblərə cəlb edirdi ki, bu məsələlərin Parad Tribunasından elan olunması mümkün deyildi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə