Putinlə Trampın görüş vaxtı açıqlandı

Putinlə Trampın görüş vaxtı açıqlandı
Avstriya hökuməti prezidentlərin görüşünə hazırlaşır

Rusiya və ABŞ prezidentlərinin görüşün gələn ayın 15-də keçiriləcək. Bu barədə Avstriyanın "Kronen Zeitung" nəşri məlumat yayıb.

Xəbərə görə, Avstriya hökuməti iyulun 15-də Vyanada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlaşır.

Bildirilir ki, bir neçə gün əvvəl Moskva və Vaşinqtonun nümayəndələri qarşıda duran Rusiya-ABŞ sammiti ilə bağlı məsələləri ətraflı nəzərdən keçirmək üçün Vyanaya gəliblər.

Bundan əlavə, qabaqcıl təhlükəsizlik xidmətləri qrupları Avstriyaya gələrək vəziyyəti öyrənməyə başlayıblar. Şübhəsiz ki, sammitin yekun tarixi gələn həftənin ortalarında müəyyən ediləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində bildirib ki, Kreml Rusiya-ABŞ sammiti ilə bağlı hələ ki, məlumat verməyə hazır deyil. Detallar barədə mövcud vəziyyətə uyğun olaraq məlumat veriləcək.

Putin və Tramp arasında martın 20-də telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, ABŞ və Rusiya xarici işlər orqanlarının rəhbərlərinə bu söhbətin nəticələrindən sonra ən yüksək səviyyədə sammitin keçirilməsi məsələsini hazırlamaq tapşırılıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə