Hərbi texnikalar Bakı küçələrində - VİDEO

Hərbi texnikalar Bakı küçələrində - VİDEO
Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri artıq məşqlərə start verib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiriləcək hərbi parada hazırlıq işləri yekunlaşmaq üzrədir.

Parad və iştirakçılar barədə plakatlar asılıb, məşqlərə start verilib. Hərbi texnikalar əraziyə gətirilib.

Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri də artıq məşqlərə start verib.

Yayılan görüntülərdə helikopter və təyyarələrin Bakı buxtası üzərində uçuşlar həyata keçirdiyi görünür. 

Döyüş təyyarə və helikopterlərinin bayram tədbirində nümunəvi çıxışlar edəcəyi gözlənilir.

Təntənəli mərasimdə son 5 ildə Azərbaycan ordusunun arsenalında olan ən müasir texnika və silahların sərgilənəcəyi gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə