Meksika dalğası Cənubi Koreyanı da vurdu - FOTO

Meksika dalğası Cənubi Koreyanı da vurdu - FOTO
Cənubi Koreya 1:2 Meksika

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunda 2-ci turun oyunlarına start verilib.

İlk matçda güclü Almaniya seçməsini məğlub etmiş Meksika millisi bu dəfə Cənubi koreya komandası ilə qarşılaşıb.

Matça daha yaxşı başlayan meksikalılar 26-cı dəqiqədə hesabı açıblar. Karlos Vela adını tabloya yazdırıb. 1-0. Komandalar fasiləyə elə bu hesabla yollanıblar.

İkinci hissədə həmlələrini davam etdirən Şimali Amerikalılar 66-cı dəqiqədə ikinci dəfə fərqləniblər. Çiçarito komandasının üstünlüyünü 2 topa çatdırıb.

Sonrakı dəqiqələrdə Cənubi Koreyalıların ancaq təsəlli qoluna gücü çatıb. Son Hyun Min gözəl zərbə ilə matçın yekun nəticəsini müəyyənləşdirib. Meksika 2, Cənubi Koreya 1.

Beləliklə 2 oyundan 6 xal toplamış Meksika qrup liderliyini təmin edib. İkinci vəsiqə uğrunda Almaniya və İsveç mübarizə aparacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə