Seçkiyə hazırlaşan Türkiyə - VİDEO

Seçkiyə hazırlaşan Türkiyə - VİDEO
Sabah Türkiyədə prezident və parlament seçkisi keçiriləcək

Bazar günü Türkiyə həm prezidentini seçəcək, həm də parlamentini... 2016-ci il referendumundan sonra keçirilən ilk seçki həm də Türkiyə tarixində dəyişikliklə yadda qalacaq.

Türkiyə paerlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçəcək. Bu gün isə 23 iyundur. Seçki marafonundakı aktivlik İstanbulun normal həyatında da özünü göstərir.

“Qalata” körpüsü hər zamankı kimi balıq tutmağa gələnlərlə doludur. 

Vapurlar öz işində, çörək arası balıq satanlar da öz müştərisini səsləməkdə. Hələ azərbaycanli gənci demirəm. Əli adlı bu gənc oğlan da hər gün olduğu kimi öz pulunu qazanır. Onun haqqında mütləq danışacağıq. Amma hələlik başqa bir mövzuda... 

Bu dondurma satanın da adı Əlidir. Taksimdə məşhur şəxslərdən biridir. O. kameramız önündə danışmağa yox, müştəri səsləməyə üstünlük verdi. Səbəbini isə belə izah etdi ki, son 2 gündə İstanbulda yaşayan Türkiyənin digər ərazilərindən gələn insanlar seçkilərdə iştirak etmək üçün qeydiyyatda olduqları yerə getdiyindən onun da satışı azalıb.

İndi dondurma əyləncəsi ilə yalnız İstanbula gələn turistlərin başını həm qatır, həm də pul qazanır. Yeri gəlmişkən, İstanbul sakinləri arasında da kiçik bir soğru keçirdik.

Seçkiyə saatlar qaldığı bir ərəfədə şəhərin mərkəzi yerlərində təhlükəsizlik də gücləndirilib. Demək olar ki, hər 20 metrdən bir hüquq mühafizə orqanlarının əməkdaşlarına rast gəlmək mümkündür.

Seçki prossesi valyuta məzənnələrinə də təsirini göstərib. Lirə dollar və avroya qarşı möhkəmlənib. Məsələn, 2 gün öncə 1 dollar 4,76 lirəyə dəyişdirilirdisə, bu gün 4,66 lirəyə dəyişdirilir. 1 avronun 2 gün öncəki, satış qiyməti isə 5,55 lirə təşkil edib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə