Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi
Müdafiə Sənayesi Nazirliyindən məlumat təsdiqlənib

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

APA-nın məlumatına görə, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Müdafiə Sənayesi Nazirliyindən də məlumat təsdiqlənib.

Allah rəhmət etsin!

Yavər Camalov 1949-cu il, oktyabr ayının 17-də Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə