Müdafiə Nazirliyindən cəbhə ilə bağlı yayılan xəbər barədə açıqlama

Müdafiə Nazirliyindən cəbhə ilə bağlı yayılan xəbər barədə açıqlama
MN: Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib

"Ermənistan tərəfi bu kimi xəbərlər yaymaqla ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört basdır etmək məqsədini güdür".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən REAL-ın erməni mətbuatında Azərbaycan Ordusunun diversiya keçirməsi barədə yaydığı məlumata dair sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur.

"Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, erməni mətbuatında bu gün Azərbaycan əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.

Digər xəbərlər
Bugün
Dünən
17 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə