Paytaxtda daha 3 bina söküləcək - VİDEO

Paytaxtda daha 3 bina söküləcək - VİDEO
Nəriman Nərimanov rayonunda pilot layihə davam edir

Paytaxtın Nəriman Nərimanov rayonu ərazisində daha 3 yaşayış binası pilot layihə çərçivəsində “Rahatlığın Məkanı Gold” MMC tərəfindən sökülmə prossesinə hazırlanır.

İstismar müddəti başa çatmış, memarlıq üslubuna uyğun gəlməyən, insanların yaşayışı üçün şəraitsiz olan köhnə binalar müasir yaşayış binaları ilə əvəz ediləcək.

İstismar müddətini baş vurmuş binalar sökülən zaman ərazidə yerləşən və standartlara cavab verməyən su anbarlarının da yenisi ilə əvəzlənməsi həyata keçiriləcək.

Belə ki, istifadəyə yararsız yaşayış binaları söküldükdən sonra yeni inşa ediləcək yaşayış kompleksinin həyətyanı sahəsində abadlıq işlərinin aparilması da ərazidə tikinti işlərini həyata keçirən “Rahatlığın Məkanı Gold” MMC tərəfindən nəzərdə tutulur.

Bütün bunlarla yanaşı yeni tikiləcək 18 mərtəbəli unikal və bənzərsiz yaşayış kompleksində sakinlərın rahatlığı da iş icraçıları tərəfindən nəzərə alınıb.

Qeyd edək ki, “Rahatliğin Məkani Gold” MMC tərəfindən Nəriman Nərimanov rayonu ərazisində inşa edilən binalar 9 bal gücündə zəlzələyə davamlıdır.

Həmçinin işlərin icrası zamanı yaşayış kompleksində uşaq baxçası, poliklinika, yeraltı və yerüstü qarajların tikilərək sakinlərin istifadəsinə verilməsi də nəzərdə tutulur.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə