Kiyevdə Azərbaycan ticarət evi açılıb - VİDEO

Kiyevdə Azərbaycan ticarət evi açılıb - VİDEO
“Made in Azerbaijan” brendi Ukraynada təqdim edilib

Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracinin təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s. nümayiş olunur.

Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.

Qeyd edək ki, Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 6-ci yeri tutub.

Ümumiyyətlə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 810 mln. dollar, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 261,7 mln. dollar təşkil edib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə