Bank yeyir, bədəlini dövlət ödəyir - VİDEO

Bank yeyir, bədəlini dövlət ödəyir - VİDEO
Qabaqlayıcı tədbirlər niyə görülmür?

"Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası gözləntiləri doğrultmur. 11 bank bağlanıb. Bunu Mərkəzi Bank da MBNP yaradılmadan edə bilərdi".

Bunu REAL-a müsahibəsində sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

O bildirib ki, bankların bağlanması bank sektoruna çox ciddi mənfi təsir edir. Müştərilərin inamını azaldır.

"Bank yalnız müştəri hesabına yaşan sektordur. Son iki il ərzində banklar müştərini özlərindən uzaqlaşdırırlar. İnkişaf etmiş ölkələrdə banklar müştəri üçün əsir ki, başqa banka müraciət etməsin. Amma bizdə bunun tam əksi baş verir", - deyə sabiq nazir qeyd edib.

Onun sözlərinə görə, banklarda baş verən mənimsəmə hallarının sonda ziyanını dövlət çəkir.

Fukrət Yusifov qabaqlayıcı tədbilərin niyə görülmədiyinin səbəblərini açıqlayıb.

Digər xəbərlər
Dünən
17 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə