“Sambaçılardan” son dəqiqə rəqsi - FOTO

“Sambaçılardan” son dəqiqə rəqsi - FOTO
Braziliya 2-0 Kosta-Rika

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turun oyunlarına start verilib.

İlk olaraq meydana Braziliya və Kosta-Rika milliləri çıxıblar. "Sankt-Peterburq" stadionunda reallaşan matç “pentakampeon”ların üstünlüyü şəraitində keçib.

Lakin sambaçılar hücumlarının bəhrəsini hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə görüblər. Dəfələrlə komandasını real qoldan xilas edən Keylor Navas tilsimini Filippe Koutinyo sındırıb, 1-0.

Ruhdan düşən kostarikalılara son baltanı Neymar vurub, 2-0.

Nəticədə aktivindəki xalların sayını 4-ə çatdıran braziliyalılar 1/8 finala bir qədər yaxınlaşıb. Hər 2 oyunu məğlub başa vuran Kosta-Rika kollektivi isə mundialla demək olar ki, vidalaşıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə