Bu gün beynəlxalq yoqa günüdür - VİDEO

Bu gün beynəlxalq yoqa günüdür - VİDEO
Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi keçirilib

21 İyun Beynəlxalq Yoqa Günüdür. Bu münasibətlə Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi keçirilib. Məşğələdə Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan şəxsən iştirak edib və həvəskarlarla birlikdə bədən və nəfəs hərəkətlərini həyata keçirib.

Bakıda keçirilən Yoqa məşğələsinə 200 nəfərə yaxın həvəskar qatılıb. Onların sırasında Azərbaycanlılarla yanaşı, ölkəmizdə yaşayan hindistan vətəndaşları və turistlər də var.

Qeyd edək ki, 2014-cü ildə BMT Baş Assambleyası 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib. Hindistanın baş naziri Narendra Modi paytaxt Dehlidə 35 000 insanın iştirakı ilə keçirilmiş ilk kütləvi yoqa proqramına başçılıq edib.

Yoqa həvəskarı olan cənab Modi hər gün bu qədim hind təlimi ilə məşğul olduğunu deyir.

O, BMT-dən 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsini istəyib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə