İnternetin oyun xəstəliyi - VİDEO

İnternetin oyun xəstəliyi - VİDEO
Dünya Səhiyyə Təşkilatı oyunlardan asılılığı xəstəlik kimi tanıdı

Dünya Səhiyyə Təşkilatı online və videooyunlardan asılılığı rəsmi olaraq xəstəlik kataloquna daxil edib. İyunun 18 də açıqlanan yenilənmiş xəstəlik kataloquna əsasən artıq Dünya Səhiyyə Təşkilatı video oyunlara patoloji meylliliyi müstəqil diaqnoz kimi tanıyıb.

Bu diaqnozun qoyulması üçün əsas meyar oyunun müddəti və davamlılığı üzərində nəzarətin itməsidir. Yəni əsas problem oyunun özü deyil, onunla keçirilən vaxtdır. Azərbaycanda da vaxtını oyunlara həsr edənlər var və hər dəfə metroda başı telefonundakı oyununa qarışanları gördükdə əmin oluram ki, onların sayı heç də az deyil.

Dünya Səhiyyə Təşkilatı onlayn oyunlardan asılılığı xəstəlik kimi tanımaqla əslində indiyə qədər bu sahədə verilən SOS siqnalını duymuş oldu.

Çünki oyun aludəçiliyi, nəzarətsiz oyunlar indiyə qədər dünyada minlərlə insanın əsasən də gənclərin həyatına bais olub. Mavi balina məsələn. 

Rusiyanın "Novoya" qəzetinin xəbərinə görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib. 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə